"Luqansk Xalq Respublikası”nın rəhbəri istefa verib

24-11-2017, 22:01
Oxunub: 39
İqor Plotnitski “LXR”-in Minsk razılaşmaları üzrə müvəkkili təyin edilib


Ukraynada separatçıların yaratdığı qondarma “Luqansk Xalq Respublikası”nın rəhbəri İqor Plotnitski istefa verib.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, onun səhhəti ilə əlaqədar istefa verdiyi bildirilir.

Bundan əvvəl İqor Plotnitskinin təyyarə ilə Moskvaya gəldiyi məlum olub. 

Qondarma respublikanın təhlükəsizlik naziri Leonid Paseçnik yeni seçkilərədək “LXR”-ə rəhbərlik edəcəyini bəyan edib. Onun sözlərinə görə, İqor Plotnitski “LXR”-in Minsk razılaşmaları üzrə müvəkkili təyin edilib. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti