Hərbi Hava Qüvvələrinin taktiki təlimləri keçirilib

24-11-2017, 20:40
Oxunub: 30
Qərargahlarda və bölmələrdə döyüş fəaliyyətlərinin hazırlığı üzrə işlər aparılıb


Silahlı Qüvvələrin hazırlıq planına əsasən Hərbi Hava Qüvvələrinin birləşmə və hissələri ilə taktiki təlimlər keçirilib.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, təlimlərdə hərbi hissələr təyin edilən vaxtlarda döyüşə tam hazırlıq vəziyyətinə gətirilib, idarəetmə orqanları və bölmələr manevr edərək yeni mövqeləri tutub.

Qərargahlarda və bölmələrdə döyüş fəaliyyətlərinin planlaşdırılması və hazırlığı üzrə işlər aparılıb. Heyətlərin bacarığı və hərbi texnikanın imkanları döyüş təyyarələrinin uçuşlarının təqlid edilməsi və hava hədəflərinə qarşı döyüş işinin aparılması ilə yoxlanılıb. Bölmələr dağlıq relyef və mürəkkəb radioelektron maneə şəraitində sürətli hava hədəflərini vaxtında aşkarlayaraq dəqiq atəşlə məhv edib.

Təlimlər bitdikdən sonra bölmələr daimi yerləşmə məntəqələrinə qayıdıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti