Azərbaycanın qlobal iqtisadiyyatda payı 0,05%-dir

24-11-2017, 17:41
Oxunub: 28
Hindistanın isə 3,08% təşkil edir


Azərbaycanın dünya iqtisadiyyatında xüsusi çəkisi 0,05% təşkil edib. "Report" "Nastoyashee Vremya" saytına istinadən xəbər verir ki, bu barədə saytın Beynəlxalq Valyuta Fondunun (IMF) 2017-ci il oktyabr ayı üzrə icmal hesabatı və data xəritəsinə əsasən hazırlanan məlumatda bildirilir.

Hesabata görə, dünya iqtisadiyyatında ən böyük pay (24,42%) ABŞ iqtisadiyyatına aiddir. Onu, 15,06% xüsusi çəkiyə sahib olan Çin iqtisadiyyatı izləyir. Yaponiya iqtisadiyyatının dünya iqtisadiyyatında xüsusi çəkisi 6,16%, Almaniyanın 4,61%, Fransanın 3,25%, Britaniyanın 3,24%, Hindistanın isə 3,08% təşkil edir.

Postsovet ölkələrinin məcmu iqtisadiyyatının dünya iqtisadiyyatında xüsusi çəkisi isə 2,63%-ə bərabərdir. Bu ölkələr arasında Rusiya ilk sırada qərarlaşıb. Onun dünya iqtisadiyaytında payı 1,85% təşkil edir. Qazaxıstan 0,2%, Ukrayna 0,13%, Özbəkistan 0,09%, Belarus 0,07%, Litva 0,06%, Türkmənistan 0,05% və Azərbaycan 0,05% xüsusi çəkiyə malikdir. Postsovet ölkələri arasında son sıranı 0,01% payla Qırğızıstan tutur. Gürcüstanın xüsus çəkisi 0,02%, Ermənistanınkı isə 0,01%-ə bərabərdir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti