"Rusiya iqtisadiyyatı geriləməyə başlayıb"

24-11-2017, 17:38
Oxunub: 40
Sənayenin artımında fasilə yaranıb


Sentyabr-oktyabr aylarında Rusiyada ÜDM-in həcmi geriləməyə başlayıb. "Report" "Vestifinance.ru" saytına istinadən xəbər verir ki, bu məlumatı Rusiyanın "Vneşekonombank"ı (VEB) öz araşdırmasında yayıb.

Araşdırmada bildirilir ki, 2017-ci ilin yekununda Rusiyada illik iqtisadi artım 1,5-1,7% təşkil edəcək ki, bu da Mərkəzi Bank, İqtisadi İnkişaf Nazirliyi və bir sıra beynəlxalq təşkilatların proqnozlarından aşağıdır. Belə ki, onlar Rusiya iqtisadiyyatının 2017-ci ildə 2% və daha çox artacağını ehtimal edib.

VEB-ə görə, Rusiyanın sentyabrda 1,9% olan iqtisadi artım tempi oktyabrda 1%-ə düşüb. Əsas mənfi təsir göstərən kənd təsərrüfatı (-2%), elektrik enerjisi, qaz və su istehsalı (-1,5%), emal sənayesi (-0,7%), pərakəndə ticarət (-0,9%) və inşaat (-0,6%) sektorları olub.

Bankın baş iqtisadçısı Andrey Klepaşa görə, III rübdə formalaşan mənfi tendensiyalar oktyabr ayında daha qabarıq şəkildə ortaya çıxıb, sənayenin artımında fasilə yaranıb.

Həmçinin, investisiyalar və əhalinin real gəlirləri də azalma göstərib. Əhalinin real gəlirləri yeganə iqtisadi göstərici olub ki, iqtisadi artım bərpa olunsa da, artım göstərməyib və 2014-cü ilin əvvəlindən mütəmadi olaraq azalmağa davam edir. Son 4 ildə real gəlirlərdə azalma 12-14% təşkil edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti