Messiyə ardıcıl dördüncü dəfə "Qızıl buts" təqdim olunub

24-11-2017, 17:36
Oxunub: 37
Onu komanda yoldaşı Luis Suares mükafatlandırıb


İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messiyə "Qızıl buts" təqdim olunub. "Report"un məlumatına görə, argentinalı hücumçu bu mükafata ardıcıl dördüncü il sahib olub. 

Onu komanda yoldaşı Luis Suares mükafatlandırıb. 

Messi 2016-2017 mövsümündə La Liqada 34 oyuna  37 qol vurub. Bununla da 30 yaşlı forvard 74 xal toplayıb. İkinci yeri 34 qolla (68 xal) Portuqaliya "Sportinq"inin forvardı Bas Dost tutub. "Üçlüy"ü 31 qolla (62 xal) Almaniyanın "Borussiya" (Dortmund) komandasının hücumçusu Pyer Emerik Obameyanq qapayıb. 

Qeyd edək ki, əvvəllər Lionel Messi 2010, 2012 və 2013-cü illərdə Avropa liqalarının ən yaxşı bombardiri sayılıb. Bu göstəricidə o, "Real Madrid"in hücumçusu Kriştianu Ronaldu ilə bərabərləşib. Ronaldu ötən mövsüm La Liqada 25 qol vurub. "Qızıl buts" reytinqi hesablanarkən, futbolçunun qolları çıxış etdiyi çempionatın əmsalına vurulur. "Top-5" çempionatlarındakı hər qolun əmsalı 2-dir. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti