Nizami Gəncəvinin heykəli bərpa edilib

24-11-2017, 17:30
Oxunub: 40
Onların şəhər meriyasına müraciətləri diqqətsiz qalmayıb


Dağıstan Respublikasının Dərbənd Şəhər Administrasiyası Nizami Gəncəvinin heykəlini və ətrafdakı parkı bərpa edib.

Bu barədə "Report"un Rusiya bürosuna Dərbənd azərbaycanlılarının yerli Milli-Mədəni Muxtariyyatının rəhbəri Telman Hacəliyev deyib.

T.Hacəliyevin sözlərinə görə, onların şəhər meriyasına müraciətləri diqqətsiz qalmayıb.

"Heykəl bərpa edilib, yeni şam ağacları əkilib, parkın ərazisi təmizlənib. Ən əsası isə burada müşahidə kameralarının quraşdırılmasıdır ki, bu da hər hansı dələduzun hərəkətlərini ifşa etməyə kömək edəcək", - o deyib.

Xatırladaq ki, bu ilin noyabrın 15-nə keçən gecə naməlum şəxslər Dərbənddə Nizami Gəncəvinin heykəlinə və onun yerləşdiyi parka ziyan vurublar. Hadisəni törədənlər hələ ki, müəyyənləşməyib. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti