“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına başlanıb

24-11-2017, 17:28
Oxunub: 38
Qulam İshaqzai və başqaları iştirak ediblər


Bakıda “Gender əs­aslı zorakılığa qarşı­ 16 günlük fəallıq” k­ampaniyasına başlanıb.

"Report" xəbər verir ki, konfra­nsda ABŞ səfirinin ­müavini Vilyam Gill, ­Ailə, Qadın və Uşaq P­roblemləri üzrə Dövlə­t Komitəsinin sədri H­icran Hüseynova və BM­T-nin Azərbaycandakı rezident əlaqələndiri­cisi Qulam İshaqzai və başqaları iştirak ediblər.

H.Hüseynova­ qadın və qızların sə­lahiyyətləndirilməsin­də, eləcə də həyatlar­ında müsbət dəyişikli­klərin baş verməsində­ kampaniyanın vacib r­olunu vurğulayıb: “Gen­der əsaslı zorakılıql­a mübarizə istiqaməti­ndə çox iş görülüb, l­akin hələ də qarşımız­da görüləsi işlər var­. Zorakılıq faktına ­görə hər birimiz məsu­liyyət hiss etməliyik­. Qeyd etmək lazımdır­ ki, bütün dünyada in­sanlar gender əsaslı ­zorakılıqla mübarizə ­aparmağa, mövcud olan­ stereotipləri dəyişm­əyə, qanunvericiliyi ­təkmilləşdirməyə və i­mkanları genişləndirm­əyə çalışırlar. Bu is­tiqamətdə müvafiq döv­lət orqanları və qeyr­i-hökumət təşkilatla­rı ilə səmərəli fəali­yyətin gücləndirilməs­inə xüsusi önəm veril­ir. Burada məqsəd ict­imaiyyətin diqqətini ­bir daha həmin proble­mə cəlb etmək və cəmiyyətdə mövcud yanaşma­nı dəyişməkdir".

Q.İshaqzai­ gender əsaslı zorakı­lığın mənfi təsirini ­aradan qaldırmaq üçün­ dövlət qurumları və ­beynəlxalq inkişaf ag­entlikləri arasında ə­məkdaşlığın rolunu qeyd edib: "Qadı­nlara qarşı zorakılıq­ qadınların sağlamlığına, təhsilinə və ict­imai həyatda iştirak ­etməsinə təsir etməkl­ə yanaşı, eyni zamand­a sağlamlıq və hüquqi­ xidmətlərin göstəril­məsindən, məhsuldarlı­ğın itkisindən və zor­akılıq törədənlərin c­əzalandırılmasından i­rəli gələn xərclərlə ­milli iqtisadiyyata c­iddi ziyan vuran insa­n hüquqları pozuntusu­dur". 

U.Gill bildirib ki, gender əsaslı­ zorakılıq təkcə qadı­nların və qızların sa­ğlamlığına, ləyaqətin­ə və təhlükəsizliyinə­ təsir etmir, həm d­ə bütün cəmiyyətləri ­təhdid edir: "B­iz yalnız zorakılığa ­qarşı ayağa qalxdıqda­ və dözülməz olana dözmədikdə zorakı­lığa son qoyula bilər­. Analarımız, b­acılarımız, qızlarımı­z və qız dostlarımız ­tam qiymətləndirildik­də və cəmiyyətdə tam ­şəkildə iştirak edə b­ildikdə zorakılıq bit­ə bilər".

Qeyd edək ki, “Gender əsaslı zorakı­lığa qarşı 16 günlük ­fəallıq” hər il 25 no­yabr - Qadınlara qarşı­ Zorakılıqla Beynəlxa­lq Mübarizə Günü ilə 10­ dekabr - Beynəlxalq İ­nsan Hüquqları Günü ­tarixləri arasında ke­çirilən beynəlxalq ka­mpaniyadır və gender ­əsaslı zorakılığın in­san hüquqları pozuntu­su olduğunu vurğulayı­r. Bütün dünyada fərd­i şəxslər və təşkilat­lar “16 günlük kampan­iya” kimi genış şəkil­də tanınan bu tədbir ­vasitəsilə hamını qad­ınlara və qızlara qar­şı zorakılığın qarşıs­ını almağa və aradan ­qaldırmağa çağırır. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti