AMB-də blokçeyn texnologiyasının tətbiqi imkanları ilə bağlı görüş keçirilib

24-11-2017, 17:15
Oxunub: 27
"Yeni təşəbbüslərin Azərbaycanda tətbiqi araşdırılır”


Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin birinci müavini Alim Quliyevin rəhbərliyi ilə İsveçrənin Cənubi Qafqaz regionu üzrə Əməkdaşlıq Ofisinin regional direktorunun müavini xanım Simone Haeberli və İsveçrənin “Trüb Trading” şirkəti İdarə Heyətinin sədri cənab Xristof Franzen (Christoph Franzen) ilə görüş keçirilib.

“Report”un AMB-yə istinadən verdiyi xəbərə görə, görüşdə xarici dövlətlərdə blokçeyn texnologiyasının tətbiqi həlləri, elektron identifikasiya sistemlərinin informasiya və ödəniş sistemlərinə inteqrasiyası imkanları, müvafiq olaraq Gürcüstan və Estoniya təcrübələri barədə geniş müzakirələr aparılıb.

Görüşdə həmçinin qurumlar arasında yeni əməkdaşlıq istiqamətləri və perspektivləri müzakirə olunub.

“Maliyyə texnologiyaları üzrə müasir çağırışlar və qabaqcıl trendlər Mərkəzi Bankda yaxından izlənilir və beynəlxalq təcrübə öyrənilməklə fəaliyyətin effektivliyinin və səmərəliliyinin təmin edilməsi daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə xarici təşkilatlar ilə davamlı müzakirələr aparılır, yeni təşəbbüslərin Azərbaycanda tətbiqi araşdırılır”, - deyə AMB-nin məlumatında qeyd olunub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti