Rusiya voleybol millisinin baş məşqçisi istefaya göndərilib

24-11-2017, 17:10
Oxunub: 23
2013 və 2015-ci illərdə əldə etdiyi tituldan məhrum olub


Rusiyanın qadın voleybolçulardan ibarət milli komandasının baş məşqçisi Konstantin Uşakov və onun köməkçisi Vladimir Kuzyutkin istefaya göndərilib. "Report"un məlumatına görə, bu barədə federasiya prezidenti Stanislav Şevçenko açıqlama verib.

Kuzyutkin baş məşqçi vəzifəsinə fevralda təsdiqlənib. Sentyabrda isə onu Uşakov əvəzləyib.

Qeyd edək ki, Rusiya millisi bu il Azərbaycan və Gürcüstanda keçirilmiş Avropa çempionatının 1/4 finalında Türkiyə yığmasına uduzaraq, mübarizəni dayandırıb. Bununla da qonşu ölkə 2013 və 2015-ci illərdə əldə etdiyi tituldan məhrum olub. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti