Pakistanın Baş Qərargah rəisi Azərbaycanın hərbi təhsil müəssisələrində olub

24-11-2017, 16:54
Oxunub: 29
İnkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb


Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Zübair Mahmud Hayatın rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını ziyarət edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Hərbi Akademiyanın rəhbərliyi ilə keçirilən görüşdə Azərbaycan ilə Pakistan arasında hərbi təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Sonra general Z.M.Hayat Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Hibrid müharibələr və XXI əsr müharibələrinin çağırışları” mövzusunda müxtəlif kateqoriyadan olan zabit heyəti qarşısında mühazirə ilə çıxış edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti