Kür çayının Türkiyədən keçən hissəsi donub

24-11-2017, 16:13
Oxunub: 32
Bölgədə -17 dərəcə şaxta olub


Kür çayının Türkiyənin Ərdahan bölgəsindən keçən hissəsi tamamilə donub.

“Report” "Milliyet"ə istinadən xəbər verir ki, bölgədə -17 dərəcə şaxta olub.

Yerli sakinlər bildiriblər ki, havaların soyuması ilə əlaqədar Kür çayı donub və donu yazda açılacaq.

Türkiyəli meteoroloqlar Ərdahanın Göle rayonunda 19, Ərdahanda 17, Çıldırda 15, Damalda 12, Hanakda 10 Posofda 12 dərəcə şaxta qeyd alıb.

Xatırladaq ki, Kür çayı Ərdahan bölgəsinin mərkəzindən keçərək Gürcüstan və Azərbaycandan axıb Xəzər dənizinə tökülür. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti