"Azərbaycanda qadınlar psixoloji zorakılığa məruz qalırlar"

24-11-2017, 16:11
Oxunub: 46
"Sığınacaqların çoxalmasına üstünlük verilməsinə çalışırıq"


"Azərbaycanda məişət zorakılığı kritik vəziyyətdə deyil". 

"Report" xəbər verir ki, bunu­ “Heç kim ­kənar­da qal­masın: Qa­dınl­ara və q­ızlara q­arş­ı zorakılı­ğa son”­ a­dlı konfrans­da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib.

Deputatın sözlərinə görə, əgər bir fakt varsa, həmin məsələ araşdırılmalıdır: "Azərbaycan qadınları fiziki zorakılıqdan çox, psixoloji zorakılığa məruz qalırlar: "Onları işləməyə, istədiklərini etməyə qoymurlar və s. Rayonlarda daha çox qadınlarımıza psixoloji cəhətdən zorakılıq tətbiq olunur. Ona görə də rayonlarda sığınacaqların çoxalmasına üstünlük verilməsinə çalışırıq".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti