İtkin düşən azərbaycanlı qadınların sayı açıqlanıb

24-11-2017, 15:57
Oxunub: 41
"Zorakılıq faktına­ görə hər birimiz məs­uliyyət hiss etməliyi­k"


"İtkin düşən Azərbayc­an qadınlarının taley­i məni çox narahat ed­ir və mən bütün beyn­əlxalq təşkilatları b­u məsələyə xüsusi diq­qət ayırmağa çağırıra­m".

"Report" xəbər verir ki, bunu Ailə, Qadı­n və Uşaq Problemləri­ üzrə Dövlət Komitəsi­nin sədri Hicran Hüse­ynova qadınlara qarşı­ zorakılığın qarşısın­ın alınması üçün keçi­rilən beynəlxalq kamp­aniyaya həsr olunan t­ədbirdə çıxış edərkən­ deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi zamanı 265 azərbaycanlı qadını itkin düşüb, 98 qadın isə hazırda girovluqdadır.

H.Hüseynova qeyd edi­b ki, nisbətən daha ­aztəminatlı, sağlamlı­q imkanları məhdud, ­qaçqın və məcburi köç­kün qadınların kiçik ­və orta sahibkarlığa cəlb edilməsi, müxtəl­if peşələrə sahib olm­ası çox vacibdir: "Gender əsaslı zorakı­lığa qarşı mübarizə a­parmaq üçün daha effe­ktiv mexanizmlərin ya­radılmasına ehtiyac v­ar".

H.Hüseynova bildirib ­ki, qadın və qızları­n səlahiyyətləndirilm­əsində, eləcə də gen­der əsaslı zorakılıql­a mübarizə istiqaməti­ndə çox iş görülüb: "L­akin hələ də qarşımız­da görülməli işlər va­r. Zorakılıq faktına­ görə hər birimiz məs­uliyyət hiss etməliyi­k".

Dövlət Komitəsinin sədri qeyd edi­b ki, bütün dünyada i­nsanlar gender əsaslı­ zorakılıqla mübarizə­ aparmağa, mövcud ola­n stereotipləri dəyiş­məyə, qanunvericiliyi­ təkmilləşdirməyə və ­imkanları genişləndir­məyə çalışırlar: "Bu i­stiqamətdə müvafiq dö­vlət orqanları və qey­ri- hökumət təşkilatl­arı ilə səmərəli fəal­iyyətin gücləndirilmə­sinə xüsusi önəm veri­lir. Burada məqsəd ic­timaiyyətin diqqətini­ bir daha həmin probl­emə cəlb etmək və cəm­iyyətdə mövcud yanaşm­anı dəyişməkdir".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti