Böyük Britaniyanın beynəlxalq ticarət naziri Azərbaycana gələcək

23-11-2017, 17:02
Oxunub: 55
Səfərin vaxtı hələ tam dəqiqləşməyib


Tezliklə Böyük Britaniyanın beynəlxalq ticarət üzrə naziri Baronessa Rona Alison Feyrhed Azərbaycana səfər edəcək.

Report xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Kerol Kroft deyib.

Böyük Britaniyanın baş nazirinin ticarət elçisinin isə Azərbaycana səfərinin vaxtı hələ tam dəqiqləşməyib.

"Səfərlə bağlı tam dəqiq məlumat yoxdur. Amma ümid edirik ki, bu səfər gələn ilin əvvəlində baş tutacaq", - deyə səfir K.Kroft əlavə edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti