Əfqanıstanda partlayış baş verib, altı nəfər ölüb

23-11-2017, 15:37
Oxunub: 463
Partlayıcı qurğunu terrorçu-kamikadze işə salıb


Əfqanıstanın şərqindəki Cəlilabad şəhərində partlayış baş verib, ən azı altı nəfər ölüb.

Bu barədə Report "Ria Novosti"yə istinadən xəbər verir.

Nanqarhar əyalətinin qubernatorunun nümayəndəsi Ataulla Hoqiyani partlayış faktını təsdiqləyib və bildirib ki, hadisə nəticəsində 15 nəfər yaralanıb. Onun sözlərinə görə, partlayış rayon polisinin keçmiş komandirinin evinin yaxınlığında baş verib.

Hadisə şahidlərinin bildirdiyinə görə, partlayıcı qurğunu terrorçu-kamikadze işə salıb.

Terrorçu qruplaşmalardan heç biri hələlik partlayışa görə məsuliyyəti üzərinə götürməyib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti