“Qarabağ” – “Çelsi” matçı rekord vurub

23-11-2017, 11:33
Oxunub: 161
Matç V turun rekordu kimi tarixə düşüb


Çempionlar Liqasının qrup mərhələsinin V turunun ikinci oyun günündə keçirilən qarşılaşmaların tamaşaçı sayı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilən “Qarabağ” – “Çelsi” qarşılaşmasını 67 min 100 tamaşaçı izləyib.

68 min 700 tamaşaçı tutan arenada cəmi 1600 boş yer qalıb. İngiltərə klubunun 4:0 hesablı qələbəsi ilə başa çatan matç V turun rekordu kimi tarixə düşüb.

Belə ki, nə ilk, nə ikinci oyun günündə bu qədər tamaşaçı toplayan ikinci bir matç olmayıb. İlk günün rekordu Dortmunddakı “Borussiya” - “Tottenhem” matçını 65 min 849 nəfər izləmişdisə, Bakıdakı görüşdə bundan 1251 nəfər çox azarkeş tribunalara toplaşıb.

Digər qarşılaşmalar isə bu iki oyunla müqayisədə xeyli geri qalıb.

Lakin “Qarabağ” – “Çelsi” matçı Azərbaycan futbolu tarixinin rekordu ola bilməyib. Çünki II turun “Qarabağ” – “Roma” matçını – ölkəmizdəki ilk Çempionlar Liqası qarşılaşmasını daha çox seyrçi izləmişdi.

Həmin turun da rekordu olan görüşdə 67 min 200 nəfər qeydə alınmışdı. Düzdü, sonradan həmin rəqəmin saxta olduğu üzə çıxsa da, rəsmi mənbələrdə dəyişiklik edilmədi. Əslində, tamaşaçı sayı həmişə nisbi, tam dəqiq olmayan rəqəmlə ölçülür. Bu üzdən “Roma” matçı kimi “Çelsi” ilə qarşılaşmanın da azarkeş sayının dəqiqliyinə təminat verilə bilməz. Hər iki halda rəsmi mənbələr əsas götürülməlidi. UEFA-nın rəsmi saytı isə II turda 67 min 200, bu dəfə isə 100 nəfər az olduğunu hesaba alıb.

Çempionlar Liqası

Qrup mərhələsi, IV tur

21 noyabr

E qrupu

“Spartak” (Rusiya) - “Maribor” (Sloveniya) - 1:1

(42920)

“Sevilya” (İspaniya) - “Liverpul” (İngiltərə) - 3:3

(39495)

F qrupu

“Mançester Siti” (İngiltərə) - “Feyenoord” (Hollandiya) - 1:0

(43548)

“Napoli” (İtaliya) - “Şaxtyor” (Ukrayna) - 3:0

(10573)

G qrupu

“Beşiktaş” (Türkiyə) - “Porto” (Portuqaliya) - 1:1

(36919)

“Monako” (Fransa) - “Leypsiq” (Almaniya) - 1:4

(9029)

H qrupu

“Borussiya” (Dortmund, Almaniya) - “Tottenhem” (İngiltərə) - 1:2

(65849)

APOEL (Kipr) - “Real” (İspaniya) - 0:6

(19705)

22 noyabr 

A qrupu

MOİK (Rusiya) - “Benfika” (Portuqaliya) - 2:0

(27709)

“Bazel” (İsveçrə) - “Mançester Yunayted” (İngiltərə) - 1:0

(36000)

B qrupu

PSJ (Fransa) - “Seltik” (Şotlandiya) - 7:1

(46288)

“Anderlext” (Belçika) - “Bavariya” (Almaniya) - 1:2

(19753)

C qrupu

“Qarabağ” (Azərbaycan) - “Çelsi” (İngiltərə) - 0:4

(67100)

“Atletiko” (İspaniya) – “Roma” (İtaliya) - 2:0

(56253)

D qrupu

“Sportinq” (Portuqaliya) - “Olimpiakos” (Yunanıstan) - 3:1

(42528)

“Yuventus” (İtaliya) - “Barselona” (İspaniya) - 0:0

(40876)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti