“Azərbaycanla əməkdaşlığın daha da genişlənməsində maraqlıyıq”

22-11-2017, 19:26
Oxunub: 22
"Bütün sahələrində köklü islahatlar aparılıb"


Azərbaycanın Batumidəki baş konsulu Rəşad İsmayılov bu şəhərin yeni seçilən meri Laşa Komaxidze ilə görüşüb.

Baş Konsulluqdan “Report”un Gürcüstan bürosuna bildiriblər ki, görüşdə Azərbaycanla Gürcüstan, eləcə də hər iki ölkənin ayrı-ayrı bölgələri arasında əməkdaşlığın genişləndirilməsi məsələləri geniş müzakirə olunub.

R.İsmayılov Azərbaycanın paytaxtı Bakının tarixi haqqında məlumat verib, ölkəmizin sosial-mədəni, iqtisadi inkişafından danışıb. Bildirib ki, Bakıda və ölkəmizin digər regionlarında həyata keçirilən layihələr, genişmiqyaslı abadlıq-quruculuq və yenidənqurma işləri nəticəsində Azərbaycan böyük uğurlar qazanıb. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkədə siyasi və makroiqtisadi sabitliyə nail olunub, iqtisadiyyatın bütün sahələrində köklü islahatlar aparılıb, dinamik sosial-iqtisadi inkişafın möhkəm təməli yaradılıb.

Baş konsul həmçinin Azərbaycanın Naxçıvan və Gürcüstanın Batumi şəhərləri arasında “Qardaşlıq və əməkdaşlıq haqqında” memorandumdan sonra hər iki region arasında siyasi, iqtisadi, turizm əlaqələrinin inkişaf etdiyini vurğulayıb. Yaxın vaxtlarda Batumi şəhəri ilə iqtisadi və mədəni sahədə əməkdaşlıq imkanlarına, bu şəhərdə Azərbaycan mədəniyyətinin təbliği məqsədilə müxtəlif tədbirlərin keçirilməsinə dair fikir mübadiləsi aparılıb.

L.Komaxidze deyib ki, Azərbaycan Gürcüstanın yaxın qonşusu və dostudur: "İki ölkə arasında əlaqələr son illər ərzində daha da möhkəmlənib və genişlənib. Bütün bunlar bizə ayrı-ayrı bölgələrimiz arasında münasibətlərin genişlənməsinə imkan yaradır. Batumi və Naxçıvan şəhərləri arasında əlaqələrin inkişafı digər bölgələr üçün nümunə ola bilər".

Mer əlaqələrin bundan sonra da genişlənməsində və möhkəmlənməsində maraqlı olduğunu xüsusi qeyd edib.

Baş konsul Batumi şəhərinin merinə “Made in Azerbaijan” brendi altında istehsal edilən Azərbaycan məhsulu hədiyyə edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti