Myanma hakimiyyəti BMT komissiyasını ölkəyə buraxmır

22-11-2017, 18:57
Oxunub: 23
613 min myanmalı müsəlman Banqladeşə sığınıb


Myanma rəhbərliyi BMT-nin müsəlmanlara qarşı baş verənlərin araşdırılması üçün komissiyasını bölgəyə buraxmır.

“Report” "Anadolu"ya istinadən xəbər verir ki, bunu komissiyanın sədri Marzuki Darusman İndoneziyanın paytaxtı Cakartada keçirdiyi mətbuat konfransında bildirib.

"Myanma hakimiyyəti bizimlə danışıq aparmağa hazır deyil. Ümid edirəm ki, biz danışıqlar aparacağıq. Myanma hakimiyyətinin baş verənlərlə bağlı açıqlamalarını eşidəcəyik”, - o vurğulayıb.

Qeyd edək ki, "Amnesty International" təşkilatı “Açıq havada həbsxana: Myanmanın Arakan əyalətində irqçilik” adı altında kampaniya təşkil edib.

Xatırladaq ki, cari il avqustun 25-dən Myanmanın şimalında, Arakan əyalətində müsəlmanlara qarşı “qanunsuz silahlılara qarşı mübarizə” adı altında qətliam başlayıb. Bu “tədbir” nəticəsində 613 min myanmalı müsəlman Banqladeşə sığınıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti