"Kreditləşmə sistemində problemlər var"

22-11-2017, 18:49
Oxunub: 20
AMB sədri Elman Rüstəmov məlumat verib


"Bu gün bank sektorunda 6,5 mlrd. manatdan çox vəsait var və bu vəsait iqtisadiyyatın kreditləşdirilməsinə yönəldilmir".

“Report”un verdiyi xəbərə görə, bu barədə AMB sədri Elman Rüstəmov məlumat verib.

"Bu vəsaitin də təxminən 70%-dən çoxu ölkənin sağlam banklarında cəmləşib. Bu vəsait nəyə görə kreditləşməyə yönəldilmirsə, bu, bütövlükdə kreditləşmə sistemində digər problemlərin olmasına işarə edir. Biz öz diqqətimizi bu problemlərə cəlb etməliyik", - deyə baş bankir qeyd edib.

"Pul kütləsini ayırırıqsa və bu vəsaitlər kreditləşməyə, yeni biznesin formalaşmasına yönəlmirsə, pul ya istehlak bazarına yönəlir, yaxud da valyuta bazarına qayıdır", - deyə E.Rüstəmov əlavə edib.

Onun fikrincə, həmin vəsaitin istehlak bazarına yönəlməsi qiymətlərin əlavə artımına gətirib çıxara bilər ki, bu da yaranmış vəziyyətdə müsbət amil deyil.

"İkincisi isə xarici vəziyyətdə gərginlik olanda bu vəsaitlər valyuta bazarına qayıdır və manatın məzənnəsi üçün əlavə risklər yaradır. Beynəlxalq təcrübəyə əsasən, mərkəzi banklar pul-kredit siyasətini o vaxt yumşaldır ki, inflyasiya təhlükəsi ötüb keçib. Mərkəzi banklar qiymətlərin sabitliyi probleminin həll olunmasına tam əmin olandan sonra pul kütləsini genişləndirməyə, iqtisadi aktivliyə dəstək verməyə gedir", - deyə AMB sədri qeyd edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti