Soçidə Türkiyə, Rusiya və İran prezidentlərinin üçtərəfli sammiti başlayıb

22-11-2017, 17:26
Oxunub: 23
Dövlət başçıları Suriya böhranını və vəziyyətdən çıxış yollarını müzakirə edəcəklər


Soçidə Türkiyə, Rusiya və İran prezidentlərinin Suriya məsələsinə dair üçtərəfli sammiti başlayıb.

Report Türkiyə KİV-inə istinadən xəbər verir ki, toplantıda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiyanın dövlət başçısı Vladimir Putin və İran prezidenti Həsən Ruhani iştirak edir.

Dövlət başçıları Suriya böhranını və vəziyyətdən çıxış yollarını müzakirə edəcəklər.

Sammitdən əvvəl isə R.T.Ərdoğanla H.Ruhani arasında ikitərəfli görüş keçirilib. 

Qeyd edək ki, bu görüşdən bir gün əvvəl, noyabrın 21-də Rusiya prezdenti Vladimir Putin Soçidə BMT-nin tanıdığı Suriya rəhbəri Bəşşar Əsədlə görüşüb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti