ABŞ Yaxın və Orta Şərqdə hərbçilərinin sayını artırıb

22-11-2017, 17:17
Oxunub: 30
Cari ilin may ayında bölgədə Pentaqonun hərbçiləri və mülki əməkdaşlarının sayı 40 517 nəfər olub


ABŞ Müdafiə Nazirliyi Yaxın və Orta Şərqdə hərbçilərinin və mülki əməkdaşlarının sayını artıraraq 54 180-ə çatdırıb.

Report Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Pentaqonun İnsan Resursları Mərkəzinin hesabatında bildirilib.

Cari ilin may ayında bölgədə Pentaqonun hərbçiləri və mülki əməkdaşlarının sayı 40 517 nəfər olub.

Hesabata əsasən, Suriyada cari ilin iyun ayınadək 1 251 olubsa, sentyabrda onların sayı 1723-ə, Qətərdə son üç ayda 3 164-dən 6 671-ə, Küveytdə sentyabrda 14 790-dan, 16 592-yə, Birləşmiş Ərəb Ərmirliklərində 1531-dən 4 240-a, Bəhreyndə iyunda 6 541-dən sentyabrda 9 335-ə, İraqda isə iyun-sentyabr aylarında 8 173-dən 9 122-yə, Türkiyədə iyunadək 1350-1405-dən, sentyabrda 2 265-ə çatdırılıb. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti