OPEC+ anlaşmasına yeni ölkələr qoşula bilər

22-11-2017, 16:50
Oxunub: 306
Misir və Braziliya sammitdə iştirak etsə də, hasilatın azaldılması ilə bağlı anlaşmaya qatılmayacaq


OPEC+ anlaşmasında iştirak etməyən neft hasilatçısı olan 20 ölkə noyabrın 30-da Vyanada keçiriləcək sammitə dəvət alıb.

Report "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, Argentina, Benin, Boliviya, Braziliya, Kamerun, Çad, Kolumbiya, Konqo, Misir, Qana, İndoneziya, Kot-dİvuar, Mavritaniya, Niger, Norveç, CAR, Tacikistan, Türkmənistan və Özbəkistan gələn həftə keçiriləcək sammitə dəvət olunub.

Qeyd edək ki, artıq Kamerun, Niger, Norveç və Kolumbiya təklifi rədd edib. Misir və Braziliya isə iştirak etsə də, hasilatın azaldılması ilə bağlı anlaşmaya qatılmayacaq. 

Xatırladaq ki, hazırda OPEC+ neft hasilatının azaldılması ilə bağlı anlaşmada OPEC-ə daxil olmayan 10 ölkə iştirak edir. Bunların arasında Azərbaycanla yanaşı Bəhreyn, Bruney, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan və Cənubi Sudan var.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti