Əflatun Amaşov: “Onlayn mediaya sistemli şəkildə dövlət vəsaiti ayrılmalıdır”

22-11-2017, 16:46
Oxunub: 33
"Xaricdən olan informasiya təzyiqləri ilə əsasən onlayn media mübarizə aparır"


"Azərbaycanda mətbuata ayrılan vəsait qonşu ölkələrlə müqayisədə olduqca aşağıdır. İnformasiya siyasəti sahəsinə büdcədən ayrılan vəsait artırılmalıdır".

Report xəbər verir ki,  bunu Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edən Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib. 

O bildirib ki, onlayn mediyaya sistemli şəkildə dövlət vəsaiti ayrılmalıdır: "Xaricdən olan informasiya təzyiqləri ilə əsasən onlayn media mübarizə aparır. Bu sahəyə sistemli dövlət vəsaiti ayrılmalıdır. Ən azından il ərzində 1 milyon manat ayıra bilsək, tezliklə bunun nəticələrini görərik".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti