AMB-nin notlarına tələb təklifi 4 dəfə üstələyib

22-11-2017, 16:06
Oxunub: 31
Hərraca 17 investor qiyməti 99,2278 manat olan 24 sifariş təqdim edib


Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100365S dövlət qeydiyyat nömrəli, 200 mln. manatlıq, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Report BFB-yə istinadən xəbər verir ki, hərraca 17 investor qiyməti 99,2278 manat (10,01%) olan 24 sifariş təqdim edib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 763 660 900 manat təşkil edib. Bununla da notların hamısı yerləşdirilib.

AMB-nin qərarına əsasən, istiqrazların kəsmə və orta ölçülmüş qiyməti 99,2278 manat (10,01%) müəyyən edilib.

Qiymətli kağızların ödəmə tarixi 20 dekabr 2017-dir. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti