Telman İsmayılov Fransadan sığınacaq istəyib

22-11-2017, 16:04
Oxunub: 32
O, Fransanın Provans regionundakı Antib kommunasına köçməyi planlaşdırır


İş adamı Telman İsmayılov siyasi sığınacaq istəyi ilə Fransa hökumətinə müraciət edib.

Bu barədə Report Rusiya KİV-inə istinadən xəbər verir.

T.İsmayılovun sözlərinə görə, onun əlində Rusiyanın bütün güc strukturlarının rəhbərlərinə qarşı kompromat materiallar var və o, bunları müdafiəsi qarşılığında Fransanın xüsusi xidmət orqanlarına verə bilər.

O, Fransanın Provans regionundakı Antib kommunasına köçməyi planlaşdırır.

Qeyd edək ki, daha əvvəl T.İsmayılovun vəkili onun iki qətl hadisəsində və qanunsuz silah dövriyyəsində təqsirləndirildiyini bildirib. Moskva Basmannı Məhkəməsi iş adamının qiyabi həbsi barədə qərar qəbul edib. Biznesmenin indi harada olması məhkəməyə məlum deyil.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti