Dağlıq Qarabağda mina partlayıb, 3 erməni hərbçisi ölüb

22-11-2017, 10:35
Oxunub: 41
1 nəfərin vəziyyəti ağırdır


Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində minanın partlaması nəticəsində 3 erməni hərbçisi ölüb.

Report xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Partlayış nəticəsində 1995-ci ildə anadan olmuş Geqam Zakaryan, 1997-ci il təvəllüdlü Sarkis Melikyan və 1998-ci ildə anadan olmuş Sarkis Abramyan ölüb. 1997-ci ildə anadan olan Narek Oveyan isə yaralanıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti