Somalidə 100-dən çox terrorçu məhv edilib

22-11-2017, 10:22
Oxunub: 39
Əməliyyat Somali hökuməti ilə əlaqəli şəkildə aparılıb


ABŞ-ın döyüş təyyarələri çərşənbə axşamı Somali ərazisində fəaliyyət göstərən "Əş-Şabab" terror qruplaşmasının təlim düşərgəsinə hava zərbələri endirib. Nəticədə 100-dən çox silahlı məhv edilib.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatlar Silahlı Qüvvələrinin Afrika Komandanlığı məlumat yayıb.

"Əməliyyat Somali hökuməti ilə əlaqəli şəkildə aparılıb. Zərbə paytaxt Moqadişodan təqribən 201 km. məsafədə yerləşən düşərgəyə endirilib", - deyə məlumatda qeyd olunur.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti