Xətai rayonunun bəzi hissələrinin qaz təchizatında məhdudiyyət olacaq

21-11-2017, 19:21
Oxunub: 327
Texniki təhlükəsizlikqaydalarına riayət edilməsini xahiş edir


Sabah saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun Babək prospekti, Yusif Səfərov və Əbilov küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

“Report”a “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, fasilələr Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsində 2 ədəd qaz tənzimləyicinin quraşdırılması ilə əlaqədardır.

Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təminediləcək və yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardantəbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlikqaydalarına riayət edilməsini xahiş edir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti