Lavrov İrəvanda Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

21-11-2017, 10:21
Oxunub: 21
"Münaqişə heç kimi qane etmir, həll yollarını tapmaq lazımdır"


Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda Ermənistan rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivlərini müzakirə edəcək.

“Report” xəbər verir ki, XİN rəhbəri erməni həmkarı Edvard Nalbandyan və Ermənistan prezidenti Serj Sarqsyanla danışıqlar aparacaq.

Lavrov İrəvana Bakıdan gedib. Burada o Azərbaycan rəhbərliyi ilə münaqişənin həlli yollarını müzakirə edib. Onun sözlərinə görə, problemin bir çox istiqamətləri artıq müəyyənləşdirilib:

"Münaqişə heç kimi qane etmir, həll yollarını tapmaq lazımdır, üstəlik nəticəyə gətirib çıxarmalı olan bir çox istiqamətlər aydın görünür".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti