Merkel yeni parlament seçkiləri keçirməyə çağırıb

21-11-2017, 09:34
Oxunub: 22
“Düşünürəm ki, ən yaxşı variant Bundestaqa yeni seçkilərin keçirilməsidir”


Almaniya kansleri Angela Merkel parlamentin buraxılmasına və növbədənkənar seçkilərin keçirilməsinə çağırıb.

APA-nın xəbərinə görə, bu barədə A.Merkel “ARD” telekanalına müsahibəsində bildirib.

“Düşünürəm ki, ən yaxşı variant Bundestaqa yeni seçkilərin keçirilməsidir”, deyə kansler bildirib.

Bundan əvvəl “Almaniya üçün Alternativ” partiyası Merkeli istefa verməyə çağırıb.

Qeyd edək ki, “Azad Demokratik Partiyası”  “Yaşıllar"la birgə Merkelin bloku ilə koalisiyadan imtina ediblər. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti