İŞİD-çilərlə evli olan şəxslərlə bağlı qərar açıqlanıb

21-11-2017, 00:47
Oxunub: 57
Onlardan neçəsinin azərbaycanlı olduğu açıqlanmayıb


İraq hökuməti Mosulun İŞİD-dən azad olunmasından sonra həbs olunan terrorçuların həyat yoldaşlarını deportasiya etməyə hazırlaşır.

Qaynarinfo xəbər verir ki, hökumət 13 fərqli ölkədən 509 qadın və 813 uşaq deportasiya ediləcək. AFP-yə açıqlama verən Ninova vilayət komitəsinin sədr müavini Nürəddin Kablan Mosul yaxınlığındakı Tel Keifdə saxlanılan İŞİD terrorçuların həyat yoldaşlarının və uşaqlarının Bağdaddakı bir düşərgəyə göndəriləcəyini, ordan isə deportasiya ediləcəyini bildirib.

İŞİD-çilərlə evli olan 509 qadından 300-nün Türkiyə vətəndaşı olduğunu bildirən Kablan "Bu ikinci deportasiya dağlasıdır. Daha iki və ya üç dalğa olacaq" deyib.

Saxlanılan qadın və uşaqlarla bağlı məlumat almağa çalışan Noveç Miqrant Komitəsi həbs olunanların Azərbaycan, Türkiyə, Rusiya və Tacikistan vətəndaşları olduğunu açıqlayıb. Onlardan neçəsinin azərbaycanlı olduğu açıqlanmayıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti