SKMF Qazaxda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

20-11-2017, 20:44
Oxunub: 30
Sahibkarlar kredit təşkilatları vasitəsilə müraciət edə bilərlər


İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qazax rayonunun Canalı kəndində işgüzar forum keçirib.

“Report” Nazirliyə istinadən xəbər verir ki, iş adamlarından startap layihələrin maliyyələşdirilməsi, aqroparkın, ixtisaslaşdırılmış "yaşıl market"in, kartofçuluq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, ət kəsimi, süd emalı və çörək istehsalı müəssisələrinin və otelin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edib.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-yə müraciət edə bilərlər.

Telefon: (012) 434-74-29;

Faks: (012) 432-37-17;

e-poçt: info@anfes.gov.az;
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti