Akif Çovdarovun vəkilləri apellyasiya şikayəti veriblər

20-11-2017, 20:17
Oxunub: 24
Onların 33 milyonluq əmlakının əksəriyyəti müsadirə edilib


Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun barəsində olan hökmdən apellyasiya şikayəti verilib. 

Bu barədə "Report"a onun vəkili Kamandar Nəsibov bildirib. 

Onun sözlərinə görə, apellyasiya şikayətini hər üç vəkil verib: "Akif Çovdarovun vəkilləri - mən, Sadiq Rəsulov və Şahin Rəfiyev apellyasiya şikayətini Bakı Hərbi Məhkəməsinə təqdim etmişik". 

Vəkil bildirib ki, sabiq MTN generalının hər üç müdafiəçisi müvəkkilləri barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Qeyd edək ki, hökmə əsasən, Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il, Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların 33 milyonluq əmlakının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti