Yevlaxda məsləhət xidmətinin göstərilməsinə başlanılıb

20-11-2017, 20:13
Oxunub: 22
BBTM 3 ay müddətində 12 mövzu üzrə treninqlər keçirib


Yevlax şəhərində yerləşən Aran Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubatorun rezidentləri üçün biznes ideyaların reallaşdırılması və biznesin təşkili üzrə məsləhət xidmətinin göstərilməsinə başlanıb.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, məsləhət xidməti sahibkarlıq təşəbbüslərinin dəstəklənməsində dövlət dəstəyinin tərkib hissəsi olmaqla biznes inkubator rezidentlərinin səmərəli fəaliyyətinə, onların qısa müddət ərzində sahibkar kimi formalaşmasına, yeni biznes və məşğulluq imkanlarının yaradılmasına töhfə verir.

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin (BBTM) və İstehlak Mallarının Ekspertizası Mərkəzinin nümayəndələrinin göstərdiyi məsləhət xidməti biznesin planlaşdırılması, şirkətin marketinq fəaliyyətinin təşkili, maliyyə menecmenti, insan resurslarının idarə edilməsi, ixrac sahəsində güzəştlərin tətbiqi, laboratoriya xidməti və s. kimi istiqamətləri əhatə edir.

Biznes inkubatorun fəaliyyətinin ikinci mərhələsini əhatə edən məsləhət xidməti isə hər qurum tərəfindən 1 ay olmaqla ümumilikdə 6 ay müddətində aparılacaq. Məsləhət xidmətlərini İqtisadiyyat, Vergilər, Kənd Təsərrüfatı, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Əmlak Məsələləri Dövlət Komitəsinin və özəl sektorun nümayəndələri göstərəcək.

Xatırladaq ki, biznes inkubator rezidentlərinin biznes ideyalarının daha dərindən işlənməsi, onların bilik və bacarıqlarının artırılması məqsədilə bu ilin may-iyul aylarında BBTM 3 ay müddətində 12 mövzu üzrə treninqlər keçirib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti