İran prezidenti Rusiyaya səfər edəcək

20-11-2017, 20:09
Oxunub: 191
Türkiyə və Rusiya prezidentləri ilə ikitərəfli görüşlər keçirəcək


İran prezidenti Həsən RuhaniRusiyaya səfər edəcək.

APA-nın Tehran bürosunun məlumatına görə, İran prezident aparatının mətbuat xidmətinin rəis müavini Pərviz İsmaili bildirib ki, Ruhani noyabrın 22-də rusiyalı həmkarı Vladimir Putinin rəsmi dəvəti ilə Moskvaya səfər edəcək.

Onun sözlərinə görə, birgünlük səfərin məqsəd İran, Rusiya və Türkiyə prezidentlərinin Suriya məsələsi ilə bağlı Soçi şəhərində keçiriləcək danışıqlarda iştirak etməkdir.  

P. İsmaili qeyd edib ki, prezident Həsən Ruhani həmçinin Türkiyə və Rusiya prezidentləri ilə ikitərəfli görüşlər keçirəcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti