Hesablama Palatasının əməkdaşı BMT-nin Konfransında iştirak edib

20-11-2017, 19:31
Oxunub: 22
İştirakçıların sualları əsasında müzakirələr aparılıb


Hesablama Palatasının əməkdaşı Elvin Hacıyev İsveçrənin Cenevrə şəhərində keçirilən BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) Borcun idarə edilməsi üzrə 11-ci toplantısında iştirak edib.

“Report” Palataya istinadən xəbər verir ki, tədbirdə 98 ölkənin Ali Audit Qurumu və digər dövlət qurumlarından 269 nüməyəndə, həmçinin BMT-nin, Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun, Avropa İnvestisiya Bankının, ali təhsil müəssisələrinin və özəl təşkilatların nümayəndələri təmsil olunub.

Toplantıda “İnkişafın maliyyələşdiriməsi”, “İnkişaf üçün borc”, “Yoxsulluq üzrə maliyyə siyasəti”, “Dövlətin şərti öhdəlikləri üzrə borc alətləri”, “Maliyyə cavabdehliyi”, “Nə vaxt borc dayanıqlı olur”, “Maliyyə İdarəetmə Sistemi (IFMIS) ilə dövlət borcunun idarəetməsinin inteqrasiyası”, “Borcun qeydiyyatı və əməliyyat riskləri”, “Borcun qeydiyyatı və əməliyyat riskləri: Beynəlxalq təşkilatların dəstəyi” mövzuları üzrə təqdimatlar olmuş və iştirakçıların sualları əsasında müzakirələr aparılıb.

Bununla yanaşı, bir sıra ölkələrin dövlət borcunun idarəolunması üzrə cavabdeh təşkilatları Borcun idarə edilməsi və maliyyə təhlili sisteminin (DMFAS) istifadə olunması və DMFAS-ın üstünlükləri barədə tədbir iştirakçılarına məlumat verib.

Müzakirələrin nəticəsi olaraq mövcud formatda əməkdaşlığın davam etdirilməsi qərara alınıb, həmçinin Borcun idarə edilməsi və maliyyə təhlili sisteminin (DMFAS) digər ölkələr tərəfindən istifadə olunması tövsiyə olunub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti