MTN-in həbsdə olan polkovniki apellyasiya şikayəti verib

20-11-2017, 19:25
Oxunub: 67
Onun vəkili Elçin Sadıqov bildirib


Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədovun barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

Bu barədə "Report"a onun vəkili Elçin Sadıqov bildirib.

Onun sözlərinə görə, apellyasiya şikayəti Bakı Hərbi Məhkəməsinə təqdim edilib.

Vəkil bildirib ki, müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Qeyd edək ki, hökmə əsasən, Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il, Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların 33 milyonluq əmlakının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti