"JPMorgan Chase": Türkiyə səhmlərində mövqeni azaltmaq lazımdır

20-11-2017, 16:18
Oxunub: 85
Cənubi Afrika Respublikası, Meksika və Kolumbiya səhmlərində də mövqelərin azaldılması məsləhət görülür


ABŞ-ın nüfuzlu "JPMorgan Chase" investisiya bankı Türkiyə fond birjasındakı şirkətlərin səhmlərinə investisiyalarda "mövqeni azaltmaq" məsləhəti verib. 

Report "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu açıqlamanı Ceyms Sallivanın (James Sullivan) rəhbərlik etdiyi "JPMorgan Chase"in strategiya mütəxəssisləri qrupu verib.

Bankın mütəxəssislərinin fikrincə, Türkiyə ilə yanaşı, Cənubi Afrika Respublikası, Meksika və Kolumbiya səhmlərində də mövqelərin azaldılması məsləhət görülür. Əksinə, Çin, C.Koreya, Braziliya, Rusiya və Peru şirkətlərinin səhmlərində mövqelərin artırılması tövsiyə olunub.

"JPMorgan Chase" mütəxəssisləri inkişaf etməkdə olan ölkələrin şirkətlərin səhmlərinin 2018-ci ildə 2 rəqəmli gəlir gətirəcəyini, "MSCI EM" indeksinin 1 300 bəndə çatacağını proqnozlaşdırırlar. 

Qeyd edək ki, hazırda bu indeks 1 136 bənd təşkil edir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti