Türkiyədə 16 terrorçu zərərsizləşdirilib

20-11-2017, 09:34
Oxunub: 260
Onlar arasında terrorçuların tanınmış rəhbəri də var


Türkiyənin cənub-şərqindəki Diyarbəkir vilayətinin Kulp rayonunda son 3 gündə keçirilən antiterror əməliyyatları çərçivəsində PKK-nın 16 terrorçusu zərərsizləşdirilib.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, onlar arasında terrorçuların tanınmış rəhbəri də var.

PKK terror təşkilatı Türkiyənin dövlət strukturlarına və vətəndaşlarına silahlı hücumlar təşkil edir. Təhlükəsizlik qüvvələrinin keçirdiyi əməlliyyatlar çərçivəsində PKK-nın 10 mindən çox terrorçusu məhv edilib və ya həbs olunub. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti