Azərbaycanda ayaqqabı istehsalı azalıb

18-11-2017, 15:17
Oxunub: 980
Ayaqqabının qiyməti illik müqayisədə 18,2% artıb


Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 186,2 min cüt ayaqqabı istehsal edilib.

Dövlət Statistika Komitəsindən Report-a verilən məlumata görə, bu ilin 10 ayında istehsal edilən ayaqqabıların sayı ötən ilin müvafiq dövründən 35,1% az olub.

Oktyabr ayında ölkədə ayaqqabının qiymətində sentyabr ayına nisbətən 0,6% artım qeydə alınıb. Hesabat dövründə isə ayaqqabının qiyməti illik müqayisədə 18,2% artıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti