Azərbaycan bu il 37,5 min ton propilen istehsal edib

18-11-2017, 14:47
Oxunub: 213
Bu həcmin 28,9 min tonunu əmtəəlik məhsul təşkil edib


Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 37,5 min ton propilen istehsal edilib.

Report-un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmin 28,9 min tonunu əmtəəlik məhsul təşkil edib.

Hesabat dövründə ölkədə həmçinin 71,6 min ton polietilen, 73,8 min ton etilen istehsal olunub.

Bu ilin 10 ayında Azərbaycanda propilen istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,4%, polietilen istehsalı 9,8%, etilen istehsalı 9,9% azalıb.

Noyabrın 1-i tarixinə ölkə üzrə 1,7 min ton propilen, 2,5 min ton polietilen, 0,05 min ton etilen hazır məhsul ehtiyatı qalıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti