Azərbaycanda günəş və külək enerjisi istehsalı azalıb

18-11-2017, 14:07
Oxunub: 521
Son 1 ildə küləklə işləyən stansiyalarda istehsal 20,5% azalıb


Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda günəş enerjisi ilə işləyən stansiyalar 35,9 mln. kVt/saat elektrik enerjisi istehsal edib.

Report Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 32% azdır.

Son 1 ildə küləklə işləyən stansiyalarda istehsal 20,5% azalaraq 10,5 mln. kVt/saata enib.

Əvəzində istilik elektrik stansiyalarında istehsalın həcmi 1,5% artaraq 16 384,3 mln. kVt/saata yüksəlib, su elektrik stansiyalarında isə 8,5% azalaraq 1 526,3 mln. kVt/saat təşkil edib.

Bu ilin yanvar-oktyabr ayları ərzində ölkədə cəmi elektrik enerjisi istehsalı 18 751,4 mln. kVt/saat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,2% çoxdur. Bunun da 17 957,0 mln. kVt/saatı əmtəəlik olub və bu, illik müqayisədə 0,5% çoxdur.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti