“Türkiyənin NATO texnologiyalarını əldə etməsi məhdudlaşdırılacaq”

17-11-2017, 16:00
Oxunub: 329
Müqavilənin imzalandığını bildirib


“Türkiyə “S-400” zenit-raket kompleksini alarsa, onun NATO texnologiyalarını əldə etməsi məhdudlaşdırılacaq”.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, bunu ABŞ Hərbi Hava Qüvvələri müşavirinin müavini Heydi Qrant Türkiyənin “S-400” zenit-raket kompleksi əldə etməsinə münasibət bildirərkən deyib.

“Türkiyə “S-400”ləri alarsa, NATO-nun texnologiyalarını əldə etməsi məhdudlaşdırılacaq. Növbəti mərhələdə Türkiyənin “F-35” tipli bombardmançı qırıcıların 5-ci nəslini əldə etməsi və ondan istifadə imkanlarına qarşı tədbirlər görülə bilər”, - H.Qrant vurğulayıb.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyadan “S-400” zenit-raket kompleksinin alınması ilə bağlı müqavilənin imzalandığını bildirib. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti