Trampın impiçmenti ilə bağlı qətnamə ABŞ Konqresinə təqdim olunub

17-11-2017, 12:30
Oxunub: 234
D.Tramp hərəkətləri ilə Rusiya müdaxiləsinin araşdırılmasına əngəl törədib


Demokratlar partiyasının bir qrup nümayəndəsi ölkə prezidenti Donald Trampın impiçmentinə dair qətnaməni ABŞ Konqresinin gündəliyinə əlavə ediblər.

“Russia Today” yazır ki, demokratlar Trampı ABŞ Konstitusiyasının bir neçə maddəsini pozmaqda ittiham edirlər. İttihamlardan birində D.Trampın “Trump International Hotel” oteli vasitəsilə xarici siyasətçilərdən vəsaitlər əldə etdiyi iddia olunur.

Daha bir iddiaya əsasən, D.Trampın hakimiyyətə gəlməsi Rusiyanın 2016-cı ildə prezident seçkilərinə müdaxiləsi nəticəsində mümkün olub.

Qətnamə müəllifləri hesab edirlər ki, D.Tramp hərəkətləri ilə Rusiya müdaxiləsinin araşdırılmasına əngəl törədib. (Virtualaz.org)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti