Zimbabve prezidenti istefaya getməkdən imtina edib

16-11-2017, 21:14
Oxunub: 191
"Zənnimcə, o, zaman qazanmaq istəyir"


Zimbabve perzidenti Robert Muqabe hərbçilərlə danışıq zamanı istefaya getməkdən imtina edib.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

"Onlar bu gün görüşüb. Robert Muqabe postundan getməkdən imtina edib. Zənnimcə, o, zaman qazanmaq istəyir", - agentlik mənbəyə istinadən xəbər verir. 

Qeyd edək ki, Zimbabvenin paytaxtı Hararedə dövlət televiziyasının və prezident Robert Muqabenin iqamətgahının hərbçilərin nəzarəti altında olduğu bildirilir. Bundan əlavə, şəhərin küçələrinə zirehli texnikalar yerləşdirilib. R.Muqabe isə Cənubi Afrika Respublikasının (CAR) prezidenti Ceykob Zuma ilə telefon danışı zamanı hərbçilər tərəfindən ev dustaqlığında saxlanıldığını təsdiqləyib. Ölkənin birinci xanımı Qreys Muqabe ölkədən qaçıb, sabiq vitse-prezident Emmerson Mnanqaqva hökumətə rəhbərlik etmək üçün paytaxta dönüb. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti