Böyük Britaniya İrana 400 milyon funt sterlinq qaytarmağa hazırdır

16-11-2017, 17:51
Oxunub: 185
Böyük Britaniyanın xarici işlər naziri Boris Conson fondun əməkdaşının qaytarılması üçün hər şeyi edəcəklərinə söz verib


Böyük Britaniya hökuməti Tehrana silah tədarükünə dair müqavilənin yerinə yetirilməməsi ilə bağlı gərginliyin həlli çərçivəsində İrana 400 milyon funt sterlinq məbləğində vəsaiti qaytarmağa hazırdır.

Report "Daily Telegraph"a istinadən xəbər verir ki, söhbət şah rejimi tərəfindən bağlanmış və ödəniş edilən müqavilədən gedir. 1979-cu ildəki İslam inqilabından sonra müqavilə dondurulmuşdu.

Nəşr yazır ki, bu məsələ beş il həbs cəzasına məhkum edilmiş Britaniya xeyriyyə fondunun əməkdaşı Nazənin Zaqari-Redkliffin işi ilə qətiyyən bağlı deyil.

Qeyd edək ki, daha əvvəl Böyük Britaniyanın xarici işlər naziri Boris Conson fondun əməkdaşının qaytarılması üçün hər şeyi edəcəklərinə söz verib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti