Nursultan Nazarbayev: “Donald Tramp məni Ağ evə dəvət edib”

16-11-2017, 16:44
Oxunub: 132
"ABŞ kimi aparıcı dövlətlə müzakirə etməyə həmişə mövzu var"


"Telefon danışığı zamanı ABŞ prezidenti Donald Tramp məni Ağ evə dəvət edib".

Report CA-NEWS-a istinadən xəbər verir ki, bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev “Astana club”un iclasının bağlanış mərasimində bildirib.

O, qeyd edib ki, Qazaxıstan 2018-ci il yanvarın 1-dən BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək: "Mən də ABŞ-da olacağam. Həmin vaxt Vaşinqtona gedib görüşmək barədə razılaşdıq. ABŞ kimi aparıcı dövlətlə müzakirə etməyə həmişə mövzu var".

N.Nazarbayev deyib ki, Vaşinqton Qazaxıstan iqtisadiyyatına 50 milyard dollar sərmayə qoyub və hazırda ölkəsində 300-dən çox ABŞ şirkəti fəaliyyət göstərir: "Biz gələcəkdə də onlarla əməkdaşlığı inkişaf etdirmək niyyətindəyik”. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti