Gennadi Qatilov: Pentaqon qəribə açıqlamalar verir

15-11-2017, 02:58
Oxunub: 19
"Suriya rəsmiləri 3-cü tərəfin silahlı qüvvələrini ölkəyə dəvət edə bilər"


Terrorizmlə mübarizə koalisiyanın Suriyadakı fəaliyyətinə sərhədsiz səlahiyyətlər vermir.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər nazirinin müavini Gennadi Qatilov deyib.

O, Pentaqon rəhbəri Ceyms Mettisin Suriya ilə bağlı açıqlamalarını qəribə adlandırıb:

“BMT bütün məsələlərlə maraqlana bilməz. Suriyada suveren, müstəqil dövlətdir. Suriya rəsmiləri 3-cü tərəfin silahlı qüvvələrini ölkəyə dəvət edə bilər. Lakin BMT-nin belə bir haqqı yoxdur”.

Qeyd edək ki, Mettis Suriya konfliktinin həlli ilə bağlı Cenevrə danışıqlarında razılaşma əldə olunmayana qədər beynəlxalq antiterror koalisiyasının Suriyada qalacağını bildirmişdi.

Pentaqon rəhbəri həmçinin əlavə etmişdi ki, ABŞ ordusu BMT-nin icazəsi ilə Suriyaya daxil olub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti