Ərdoğan Qətərə gedib

15-11-2017, 02:55
Oxunub: 20
Onu Türkiyənin Qətərdəki səfiri Fikrət Özər və digər rəsmi şəxslər qarşılayıblar


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərə səfərə gedib.

Virtualaz.org-un məlumatına görə, Türkiyənin dövlət başçısını Doha Beynəlxalq Hava Limanında Qətərin müdafiə naziri Xalid bin Məhəmməd əl Аdiyyə, Türkiyənin Qətərdəki səfiri Fikrət Özər və digər rəsmi şəxslər qarşılayıblar.

Nümayəndə heyətinin tərkibinə prezidentin xanımı Əminə Ərdoğan, Baş Qərargah rəisi general Əbdülhəmid Güləm, Ədliyyə, Xarici işlər, İqtisadiyyat, Energetika və Təbii Sərvətlər, Gənclər və İdman nazirləri, habelə digər yüksək rütbəli məmurlar daxildir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti