Rusiya XİN Tereza Meyi şərab içməyə dəvət etdi

15-11-2017, 01:46
Oxunub: 30
Bu barədə Rusiya XİN-in rəsmi Tvitter hesabında yazılıb


Böyük Britaniyanın Baş naziri Tereza Meyin Krımla bağlı sərt tənqidinə cavab olaraq Rusiya XİN xanım siyasətçini Krım şərabına qonaq olmağa dəvət edib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi Tvitter hesabında yazılıb.

Rusiya XİN Tereza Meyin əlində şərab badəsi tutduğu bir fotonu paylaşaraq “Əziz Tereza ümid edirik ki, nə vaxtsa Krım “Massandra”sının dadına baxacaqsınız”, - bildirib.

Qeyd edək ki, Tereza Mey xarici siyasətlə bağlı illik çıxışında Rusiyanı kəskin şəkildə tənqid etmişdi.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti